Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində 2 “Mercedes” toqquşub.
Demokrat.az xəbər verir ki, qəza nəticəsində Göyçay sakini, 2000-ci il təvəllüdlü Əliyev Məhəmməd Cəfər oğlu, Füzuli sakini, 1988-ci il təvəllüdlü Əsədov Fürsət Həbib oğlu, Füzuli sakini, 1991-ci il təvəllüdlü Bədəlov Seyidşah Türkman oğlu, Füzuli sakini, 1975-ci il təvəllüdlü Nəsirov Mətləb Bəhlul oğlu və Göyçay sakini, 1969-cu il təvəllüdlü Əliyev Cəfər Məhəmməd oğludur.
Onlar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Yaralıların hamısı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.(apa.az)


