Hadisə

İki maşın toqquşdu, nənə ilə nəvəsi yaralandı

İki maşın toqquşdu, nənə ilə nəvəsi yaralandı

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, rayonun Dağ Kəsəmən kəndində hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində Qazax sakini, 65 yaşlı Firuzə Nəsibova və onun 3 yaşlı nəvəsi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az