Kriminal

Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT

Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT

Ağdaş rayonunda azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdaş rayon sakini Nadir Adil oğlu Səfərov həmyerlisi olan azyaşlı oğlana qarşı seksual hərəkətlər edib.

Bununla bağlı azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib.

Şikayət əsasında Nadir Səfərov həbs olunub.

İstintaq orqanı tərəfindən Nadir Nəfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

İstintaq gedir.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az