Avropa İttifaqı pandemiyanın yaratdığı iqtisadi böhranın qarşısını almaq üçün Gürcüstan, Moldova və Ukraynaya makro-maliyyə yardımı proqramları ayırmağı qərara alıb.
Gürcüstana dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi, idarəetməni təkmilləşdirmək, sektor islahatları və əmək bazarı siyasəti üçün 150 milyon avro;
Moldovaya dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi, yaxşı idarəetmə və korrupsiyaya qarşı mübarizə və biznes mühitinin təkmilləşdirilməsi üçün 100 milyon avro;
Ukraynaya isə ayrılan vəsait daha genişdir, hərtərəflidir. Belə ki, dövlət maliyyə idarəçiliyi, idarəçilik və qanunun aliliyi, ədliyyə islahatları, qaz bazarında rəqabətin gücləndirilməsi, habelə, biznes mühitini və dövlət əsaslı müəssisələrin idarəçiliyini təkmilləşdirmək üçün 1,2 milyard avro ayırıb.


