Hadisə

Şabrandakı yanğın söndürüldü — YENİLƏNİB

Şabrandakı yanğın söndürüldü — YENİLƏNİB

Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 5 hektar sahədə quru ot və kol-kos yanıb.

Faktla bağlı araşdırma aparılır

16:04

Şabran rayonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

D
demokrat.az