Hadisə

Nazirlik polisin öldüyü qəza ilə bağlı məlumat yaydı

Nazirlik polisin öldüyü qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşması barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəzada ölən E.Çağırqanov Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.

D
demokrat.az