Millət vəkili Vahid Əhmədov elan olunmuş karantin şəraitinin tələblərini nəzərə alaraq növbəti qəbulunu onlayn şəkildə keçirib.
Demokrat.az xəbər verir ki, millət vəkilnin Quba şəhərində yerləşən ofisində toplaşan 52 seçicinin hamısı deputat tərəfindən təkbətək qəbul edilərək dinlənilib.
Deputatlarına cansağlığı arzulayan sakinlər Vahid Əhmədovla öz problemlərini bölüşərək ondan kömək istəyiblər. Quba seçicilərini bu qəbulda ev tikintisi üçün torpaqların verilməsi, yaşadıqları mənzillərin təmiri və fasad hissələrinin bərpası, işlə təmin edilmə, pandemiya şəraitində qarşılaşdıqları problemlərin həlli, bəzi yerlərdə müraciətlərinə baxılarkən süründürməçilik hallarına yol verilməsi, sosial yardımların verilməsi və digər məsələlər ən çox qabardılan məsələlərdən olub.
Səsləndirilən bəzi məsələlər barəsində şikayətçinin iştirakı ilə araşdırılma aparılıb, qəbul edilən qərarlar barədə ona məlumat verilib.
Həlli üçün vaxt və araşdırma tələb edən suallar deputat köməkçisi tərəfindən qeydiyyata alınıb, deputatın verdiyi qərara uyğun olaraq tədbir görüləcəkdir.
Belə qəbullarin tez-tez keçiriləcəyi barədə seçicilərə məlumat verilib.