Siyasət

Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb:

“Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik.

Azərbaycan və Pakistanın güclü dostluq və tərəfdaşlıq münasibətləri var.

Bu əlamətdar gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”.

D
demokrat.az