103 yaşlı qarı karantindən çıxan kimi özünə tatu vurdurdu, gəzintiyə çıxdı — FOTO

MARAQLI 11 avq 2020, 19:57

ABŞ-da aylardır ki, karantində qalan 103 yaşlı qadın qocalar evindən çıxan kimi ilk işi özünə tatu vurdurmaq olub.

 

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-da yaşayan 103 yaşlı Doroti Pollak koronavirus pandemiyası ilə əlaqədar 4 ay karantində qalıb. Yaşlı qadın karantin bitəndən sonra, qocalar evindən çıxaraq birbaş tatu (döymə) salonuna üz tutub.


Məlumata görə Doroti Pollak karantində qaldığı müddətdə ölməzdən əvvəl özü üçün görəcəyi işlərin siyahısını hazırlayıb. O, bildirib: "İllər öncə nəvəm mənim tatu vurdurmağımı istəmişdi. Lakin müəyyən səbəblərdən bunu edə bilməmişdim. Karantində olanda anidən özümə tatu vurdurmaq qərarına gəldim. Tatunun qurbağa şəklində olmasını istəyirdim. Çünki qurbağaları sevirəm".

 

Doroti Pollakın həmin siyahısında motosiklet gəzintisi də yer alırdı. Yaşlı qadın artıq bu istəyini də həyata keçirdiyini deyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top