Tanınmış meyxanaçı ev alqı-satqısına başladı

HADİSƏ 09 avq 2020, 15:10

Tanınmış meyxanaçı Vüqar Əbdülov ev alqı-satıqısına başlayıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə meyxanaçının özü İnstaqram səhifəsində məlumat yayıb.
 

Meyxanaçı ev alğı-satıqısı ilə bağlı ofisin qarşısından fotosunu bu sözlərlə paylaşıb: 


"Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".
 

Qeyd edək ki, Vüqar Əbdülov bir müddət bundan əvvəl Musavat.com-a açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi.(Kult.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top