Hadisə

Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurdu — Biri öldü

Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurdu — Biri öldü

Qəbələdə 4 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yemişənli kəndində baş verib.

Kənd sakinləri 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyev və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az