Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib? — Özündən AÇIQLAMA

SOSİAL 06 avq 2020, 15:56

Mətbuatda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sürücülük hüququndan məhrum edilməsi ilə bağlı iddia yayılıb.


H. Hacıyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və məlumatı təkzib edib:


“Onu deyən səhv edir. Birincisi mənim sürücüm var. Sürücülük hüququndan da məhrum edilməmişəm. Elə söhbət yoxdur”.


Qeyd edək ki, mətbuatda gedən xəbərlərdə H. Hacıyevin çoxsaylı ödənilməmiş cərimələr səbəbilə sürücülük hüququndan məhrum edildiyi, bu gün isə Azadlıq prospektində yol polisi əməkdaşlarının “saxla” işarəsinə tabe olmadığı qeyd olunur. Bildirilir ki, partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top