Bölgələrdə sakinlər çimərliklərə üz tutdu — Karantin qaydalarına əməl olunurmu? (VİDEO)

SOSİAL 05 avq 2020, 22:10

Lənkəran və Mingəçevirdə insanlar bu gündən çimərliklərə üz tutublar. Operativ Qərargahın çimərlikdən istifadə ilə bağlı qoyduğu qaydalara bölgələrdə necə əməl olunur?


Çimərliklərdən istifadəyə qoyulan qadağa artıq götürüldüyündən Lənkəranda insanlar dəniz sahilinə üz tutmağa başlayıb. Havanın qeyri sabit keçməsi səbəbindən çimərliklərdə hələ ki, seyrəylik müşahidə edilir.


Dəniz sahilində fəaliyyət göstərən istirahət mərkəzləri də qadağanın götürülməsindən məmnundur. Onlar Operativ Qərargahın tələblərinə uyğun olaraq çimərlik ərazisində bütün sanitar-gigeyinik qaydalara uyğun şərait yaradıblar.


Tələblərə necə əməl olunub-olunmamasına nəzarət də gücləndirilib. Belə ki, yerli icra qurumları çimərliklərdə qaydalara nəzarət üçün mütəmadi reydlər keçirir.


Ölkə ərazisində çimərliklərin açılmasına icazə verildikdən sonra Mingəçevir Su anbarının ərazisində olan çimərliklərə də az sayda gələnlər olub. Uşaqların və böyüklərin sevimli məkananına çevrilən su hövzəsinə gələnlər qaydalara uyğun olaraq sərinləməyə çalışıblar.


Əraziyə qum tökülüb, soyunub-geyinmə otaqları təmir edilib. Həmçinin həmin hissələrə dizinfeksiya edici məhlular yerləşdirilib.


Burada da aidiyyatı qurumların nümayəndələri sosial məsafə və digər qaydaların təmininə nəzarət edirlər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top