Pik saatlarda ehtiyat avtobuslar ayrılacaq — BNA

SOSİAL 05 avq 2020, 21:45

“Axşam pik saatlarında sərnişin axınını idarə etmək üçün ekspress xətlər üzrə ehtiyat avtobuslar cəlb edilib”. 


Demokrat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yazıb.


"Avtobuslar əsasən ən çox tələbat olan istiqamətlərdə - metronun “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “”20 Yanvar” və “İçərişəhər” stansiyaları istiqamətində toplanıb. Eyni qaydada səhər pik saatlarında tələbat olan istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top