Hadisə

Azərbaycanda axtarışda olan 10 nəfər saxlanıldı

Azərbaycanda axtarışda olan 10 nəfər saxlanıldı

Saxlanılanlardan 7-si borclu şəxs qismində axtarılan olub

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 12 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli beş fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

D
demokrat.az