Hadisə

Bakıda tikilməkdə olan bina çökdü – VİDEO

Bakıda tikilməkdə olan bina çökdü – VİDEO

Bakının Xətai rayonunda yeni tikilməkdə olan bina çöküb.

BAKU.WSxəbər verir ki, Əhmədli metrostansiya, “Bravo” supermarket yaxınlığında yeni tikilməkdə olan yarımtikili uçub.

Bu hadisənin görüntüləri yayılıb. Bildirilir ki, hadisə günorta saatlarında qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin “112” saylı “qaynar xətti”ndən bildirdilər ki, bu barədə məlumatları yoxdur. Hadisə barədə məlumat alan xidmətdən məsələ barədə maraqlanacaqlarını bildirdilər.

D
demokrat.az