Hadisə

Rəvan Seyfullanın atası həbs edildi

Rəvan Seyfullanın atası həbs edildi

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Rəvan Seyfullanın atası Bakıda həbs edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə R.Seyfulla özü məlumat verib.

"Atam Telman Seyfullayev Bakıda baş tutan aksiyadan paylaşımlar görüb, dəstək olmaq üçün aksiyalara qoşulub. Tanıyanlar bilir ki, Qarabağ, vətən mövzusu onun üçün nə deməkdir. Mən İyulun 20-si paytaxt Vaşinqtonda Azərbaycana növbəti dəstək aksiyasından geri dönərkən yolda dostlarım atamın həbs olunduğunu dedilər. Bugünə - İyulun 23-nə qədər heç bir məlumat ala bilmirdik. Bugün xəbər gəldi ki, atam Nəsimi məhkəməsindədir. Cinayət işi açılıb və həbs qətimkan tədbiri seçilib. Vəkil isə deyir ki, heç bir dəlil yoxdur cinayət işi açmaq üçün.

İndi deyəcəyim mövzu haqda yaxın dostların məlumatı var. Çoxunuz üçün yeni məlumat olacaq. Anam bir neçə ildir xərçəng xəstəliyi ilə mübarizə aparır. Mən ABŞ-a gəldikdən sonra maddi dəstək olsam da əsas məsuliyyət atamın üzərindədir. Həkimlər, dərmanlar, xaricdən alınan dərmanlar, evdə dəstək və s.

İndi bizdəki vəziyyəti təsəvvür edin. Özünüzü mənim yerimə qoyun. Nə hisslər keçirərsiniz?

Əlimdən gələn hər şeyi edirəm, edəcəm də. Lazım olsa, bütün enerjimi bu işə sərf edəcəm. Sizin edə biləcəyiniz bu məsələni gündəmdə saxlamağa yardım etmək ola bilər" - R. Seyfulla bildirib.

Demokrat.az

D
demokrat.az