Bakının Səbail rayonunda yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini Nərmin Qasımova koronavirusa yoluxub.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda həkimin vəziyyət orta ağırdır.
N.Qasımova paytaxtdakı xəstəxanalardan birində müalicəsini davam etdirir.
Qeyd edək ki, 18 ildən çoxdur 1 saylı Şəhər Poliknikasında işləyən N.Qasımova təqaüd yaşında olub.


