Xəbər verdiyimiz kimi, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
“MediaPost”un məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə iyunun 30-da bununla bağlı ilk iclas keçirilib. Növbəti iclas iyulun 13-nə təyin edilsə də, müəmmalı səbəblərdən təxirə salınıb.
Məhkəmədən “MediaPost”a verilən məlumata görə, Azərbaycanda karantin rejimi uzadıldığı üçün Aynar Məmmədovun məhkəmə işinə avqustun 5-dən sonra baxılacaq.
Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb və iş məhkəməyə göndərilib.
Xatırladaq ki, Aynar Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.


