Siyasət

Berlində Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirilir — CANLI YAYIM

Berlində Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirilir — CANLI YAYIM

Almaniya-Azərbaycan Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü ilə bu dəqiqələrdə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan həmvətənlərimizin genişmiqyaslı etiraz aksiyası keçirilir.

Demokrat.az xəbər verir ki, şəhərin hakimiyyət orqanları bu mitinqdə 200 nəfərin iştirakına icazə verib. Tədbirdə Vətənin səsinə hər dəqiqə cavab verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan həqiqi Azərbaycan vətənpərvərləri toplaşıblar.

Bu aksiyada iştirak etmək üçün gəlmiş, lakin pandemiya səbəbindən tədbirdə iştirak etməsinə icazə verilən insanların sayından çox olan daha 500 nəfər isə iştirakçıların əsas qrupunun toplaşdığı yerin yaxınlığında sıraya düzülərək əsas iştirakçılar qrupunun səsləndirdiyi şüarları onlarla birlikdə xorla təkrar edir.

Bu dəqiqələrdə Ermənistan səfirliyinin qarşısında baş verənləri təsvir etmək çətindir! Mitinq iştirakçılarının söylədiyi “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları yeri-göyü lərzəyə gətirir! Vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur. (AZƏRTAC)

Demokrat.az

D
demokrat.az