Hadisə

Cəlilabad sakini yük maşınından yıxılaraq öldü

Cəlilabad sakini yük maşınından yıxılaraq öldü

Cəlilabad rayonunun Təklə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, qəza iyulun 17-də saat 11 radələrində Cəlilabad rayonunun Təklə kəndi ərazisində baş verib.

Kənd sakini F.Mirzəyev “QAZ-53” markalı avtomobili idarə edərkən avtomobilin çöl hissəsindəki ayaqaltıda dayanmış qohumu Sübhan Babayev yıxılaraq nəqliyyat vasitəsinin altında qalıb. S.Babayev xəstəxanaya aparılarkən yolda ölüb..

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

D
demokrat.az