Sosial

DİN-dən icra başçısının karantin rejimində oğluna toy etməsi xəbərinə MÜNASİBƏT

DİN-dən icra başçısının karantin rejimində oğluna toy etməsi xəbərinə MÜNASİBƏT

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turala toy etməsilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təkzib edib:

"Bu məlumat tamamiə yalandır. Karantin dövründə Prezidentin dönə-dönə göstəriş və tapşırıqlar verdiyi bir vaxtda hansı icra başçısı toy edər?”.

DİN rəmisi bildirib ki, bu məlumatı ilk yayan icra başçısı ilə ədavət olan biridir.

Demokrat.az

D
demokrat.az