Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı — VİDEO

SOSİAL 15 iyl 2020, 18:41

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu bugünkü dəfn mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələri ilə əlaqə saxlamasını yüksək dəyərləndirib.


Demokrat.az bildirir ki, unikal.org-a açıqlama verən Elvin Mirzəyev bildirib ki, Prezident şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.


Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top