Sosial

Sürücülərə xəbərdarlıq edildi

Sürücülərə xəbərdarlıq edildi

Bakı şəhəri, Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Bu barədə Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

D
demokrat.az