ATƏT-in Minsk qrupu: "Qarabağda gərginliyə yol vermək olmaz"

SİYASƏT 13 iyl 2020, 20:53

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı bəyanat veriblər.


Demokrat.az xəbər verir ki, bəyanatda insanların həlak olmasından təəssüf bildirilir və ölənlərin ailələrinə başsağlığı verilir.


Həmçinin bu hadisənin əvvəlindən Ermənistan və Azərbaycanın rəsmi şəxslərilə birbaşa təmas qurulduğu göstərilir.


Həmsədrlər atəşkəs rejiminin son pozulmasını pisləyərək tərəfləri aralarındakı birbaşa rabitə kanallarından da istifadə etməklə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər cür zəruri tədbirlər görməyə çağırıb.


Bəyanatda həmçinin tərəfləri ən qısa zamanda danışıqları bərpa etməyə çağıraraq ATƏT-in müşahidəçilərini regiona qaytarmağın zəruriliyi vurğulanıb. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top