Bu gün Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası keçiriləcək

XARİCİ SİYASƏT 18 sentyabr 2025, 09:09
Sentyabrın 18-də Qırğızıstanın paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək.

Demokrat.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər.

İclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatının mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.

Xatırladaq ki, 2025-ci ildə Türk Dövlətləri Təşkilatına sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
Top