Təxminən 1 saat öncə "Nizami" stansiyasından üzü "28 May" istiqamətində hərəkətdə olan qatar tuneldə qalıb.
Demokrat.Az xəbər verir ki, sərnişinlərin Milli.Az-a verdiyi xəbərə görə, sərnişinlə dolu qatar 20 dəqiqəyə yaxın tuneldə dayanmalı olub. Bu hadisə sərnişinlər arasında çaxnaşmaya səbəb olub. "28 May" stansiyasında sərnişinlərin əksəriyyəti qorxduqları üçün məcburiyyətdən qatardan enməli olublar. Qatarın tuneldə qalma səbəbi hələlik məlum deyil.Bakıda qatar tuneldə qaldı - Sərnişinlər arasında çaxnaşma
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


