Azərbaycanda dəhşət: Ata oğlunu güllələyərək öldürdü

KRİMİNAL 12 iyl 2020, 10:24

Kürdəmirdə qətl hadisəsi törədilib.


Demokrat.az xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.


Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.


Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top