Sosial

Müddət iyulun 14-dək uzadıldı — DİQQƏT

Müddət iyulun 14-dək uzadıldı — DİQQƏT

Subbakalavrların ali məktəblərə elektron ərizə qəbulunun müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a verilən xəbərə görə, iyunun 1-dən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu iyulun 10-u başa çatmalı idi, ancaq ərizə qəbulu iyulun 14-ü saat 23:59-dək uzadılıb. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, elektron ərizələr verən subbakalavrların sayı 18527-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 17019-dur.

D
demokrat.az