Dünya

Qazaxıstanda koronavirusa görə matəm elan edildi

Qazaxıstanda koronavirusa görə matəm elan edildi

Qazaxıstanda 13 iyul matəm günü elan edilib.

Demokrat.az xəbər verir ki, bu ölkədə son 24 saat ərzində 1,962 nəfərdə COVİD-19 aşkarlanıb.

Bununla da koronavirusa yoluxanların sayı 53 min 21 nəfərə çatıb. Ümumilikdə isə 264 nəfər dünyasını dəyişib.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev koronavirus infeksiyasından ölənlərin xatirəsinə iyulun 13-nün ölkədə matəm elan edilməsi haqda sərəncam verib.(azxeber.com)

D
demokrat.az