Ramiz Mehdiyevin xalası oğlu koronavirusdan vəfat etdi — FOTO

SOSİAL 09 iyl 2020, 08:39

Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.


Mərhum bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.


Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.


“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.


Qorxmaz Abbasov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin yaxın qohumu (tam dəqiqləşdirə bilmədiyimiz məlumata görə xalası oğludur) imiş.(moderator.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top