Hadisə

Azərbaycanda koronavirus xəstəsi küçədə gəzərkən yaxalandı — VİDEO

Azərbaycanda koronavirus xəstəsi küçədə gəzərkən yaxalandı — VİDEO

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Demokrat.az-ın məlumatına görə, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər kotec qəsəbəsində yaşayaşan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki Kərimov İbrahim Ramazan oğlu barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb .İstintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.

D
demokrat.az