Daha bir futbol hakimi koronavirusa yoluxdu

İDMAN 08 iyl 2020, 18:38

Rusiyalı futbol hakimi Artyom Çistyakovda koronavirus aşkarlanıb.


"Report" Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytına istinadən xəbər verir ki, referidən götürülən testin nəticəsi müsbət çıxıb.


O, Premyer Liqanın XXVII turunun bu gün "Rostov" və "Ufa" komandaları arasında keçiriləcək matçında ehtiyat hakim funksiyasını yerinə yetirməli idi.


RFS məlum səbəbə görə Çistyakovu həmkarı Vladimir Seldyakovla əvəzləyib.


Qeyd edək ki, bu, Rusiyada futbol hakimləri arasında koronavirusa 2-ci yoluxma halıdır. Daha əvvəl Maksim Qavrilində virusun simptomları aşkarlanmışdı.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top