Ermənistan cəbhə xəttində növbəti dəfə təxribat törətdi — FOTO

HADİSƏ 08 iyl 2020, 17:33

Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribat törədib.


"Report" xəbər verir ki, işğalçı ordunun bölmələri qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində neytral ərazilərə od vurublar.


Nəticədə təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən ərazilər yanıb.


Sakinlərin sözlərinə görə, güclü yanğın böyük sahəni əhatə edib.


Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq Tovuz və Tərtər rayonu istiqamətində yanğınlar törədirlər. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top