Hadisə

SON DƏQİQƏ! Bakının bu yerində güclü yanğın başladı — VİDEO

SON DƏQİQƏ! Bakının bu yerində güclü yanğın başladı — VİDEO

Bakının Suraxanı rayonu ərazisində yanğın başlayıb.

“Report”un məlumatına görə, yanğın Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

D
demokrat.az