Hadisə

Ölkədə həkimlərin koronavirusa yoluxma faizi açıqlandı

Ölkədə həkimlərin koronavirusa yoluxma faizi açıqlandı

“Xüsusi rejimli xəstəxanalarda cüziyoluxma faktı var. Misal olaraq Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub”.

Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: “Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”.

TƏBİB sədri əlavə edib ki, əksəriyyət də digər tibb müəssisələrində olan yoluxmalardır.

D
demokrat.az