Sosial

“SMS icazəsi ilə bağlı VACİB AÇIQLAMA

“SMS icazəsi ilə bağlı VACİB AÇIQLAMA

“SMS icazəyə limit qoyulması ilə bağlı qərar operativ qərargah tərəfindən, yəqin ki, müzakirə olunacaq”.

Demokrat.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:

“Bu barədə qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul edilib. Yəqin ki, bu istiqamətdə də müzakirələr olacaq. Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır.

Bizim məqsədimiz yoluxma zəncirinin qırılmasıdır. Ona görə də, bu tədbirlər görülür”.

D
demokrat.az