Sosial

Bakıya giriş-çıxışla bağlı mühüm açıqlama: AYIN 5-dən SONRA...

Bakıya giriş-çıxışla bağlı mühüm açıqlama: AYIN 5-dən SONRA...

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyulun 5-nə qədər 2 həftəlik sərt karantin rejimi tədbiq edilir.

Bu müddət ərzində icazə kağızı olan şəxslərin belə Bakıya giriş-çıxışına məhdudiyyətlər qoyulub.

Bəs, ayın 5-dən sonra bu məhdudiyyətlər aradan qaldırılacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hələlik bu barədə məlumat yoxdur:

“Hazırda əməkdaşlarımız postlarda gücləndirilmiş iş rejimində çalışır. Mövcud qərara uyğun olaraq, Bakıya giriş-çıxışda məhdudiyyətlər var. Ayın 5-dən sonra hansı qərar veriləcəksə, biz də ona uyuğun addımlar atacağıq”.

Demokrat.az

Bakıya giriş-çıxışla bağlı mühüm açıqlama: AYIN 5-dən SONRA...

D
demokrat.az