Bakıya giriş-çıxışla bağlı mühüm açıqlama: AYIN 5-dən SONRA...

SOSİAL 30 iyun 2020, 14:06

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyulun 5-nə qədər 2 həftəlik sərt karantin rejimi tədbiq edilir.


Bu müddət ərzində icazə kağızı olan şəxslərin belə Bakıya giriş-çıxışına məhdudiyyətlər qoyulub.


Bəs, ayın 5-dən sonra bu məhdudiyyətlər aradan qaldırılacaqmı?


Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, hələlik bu barədə məlumat yoxdur:


“Hazırda əməkdaşlarımız postlarda gücləndirilmiş iş rejimində çalışır. Mövcud qərara uyğun olaraq, Bakıya giriş-çıxışda məhdudiyyətlər var. Ayın 5-dən sonra hansı qərar veriləcəksə, biz də ona uyuğun addımlar atacağıq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top