Hadisə

Goranboyda zəncirvarı yol qəzası baş verdi — FOTO

Goranboyda zəncirvarı yol qəzası baş verdi — FOTO

Goranboy rayonunun Goran qəsəbəsində zəncirvarı yol qəzası baş verib.

Demokrat.az-ın məlumatına görə, avtoqəza zamanı qoşqulu yük maşını, iki “Mercedes” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alanlar olub. Avtomobillərə də ciddi ziyan dəyib.

Avtoqəzanın təfərrüatları araşdırılır. (APA)

D
demokrat.az