İdman

"Bizdə futbolu düzgün təhlil etmirlər" - Rəşad Sadıqov

Bizdə futbolu düzgün təhlil etmirlər - Rəşad Sadıqov

Azərbaycanın U-21 yığmasının baş məşqçisi Rəşad Sadıqov Norveç yığmasına 1:3 hesabıyla uduzduqları rəsmi oyundan sonra mətbuat konfransı keçirib.

Demokrat.Azxəbər verir ki,gənc mütəxəssis əvvəlcə "Dalğa Arena"dakı matç haqda danışıb.

- Güclü komandaya qarşı oynadıq. Rəqibə layiqli müqavimət göstərməyə çalışdıq. Qrupumuzda iki favorit var - Norveç və Almaniya. Onlar almanları artıq məğlub ediblər. Bu gün iki futbolçuları oynamırdı, çünki əsas yığmalarına cəlb olunub. Pis oynamadıq. Rəqib üstünlüyə malik idi ki, bu da gözlənilirdi. Futbolçularımızın istəklə və sonadək mübarizə aparmaları sevindiricidi. Ümumilikdə komandamdan razıyam.

- U-21 yığmanızI Diviziona buraxılsaydı, daha yaxşı omazdı?

- I Divizion elə səviyyədə turnir deyil ki, ora bu komandanı buraxasan. Bundan dividient almayacağıq. Premyer Liqada oynasaydı, bu, bizə kömək olardı

- Hansısa qapıçını milliləşdirmək istəyiniz var?

- Bu haqda düşünmürəm. Kamran İbrahimov potensiala malik qapıçıdı. Bu gün o, səhv etdi, ancaq ona etimad göstərirəm. Səhvlər üzərində öyrənirsən. Onu özüm bilərəkdən belə oyunlara buraxıram ki, "bişsin".

- Barış millimizin UEFA Millətlər Liqasında oktyabrdakı matçlarına dəvət ala bilər?

- İstərdim ki, futbolçularımdan kimsə çağırılsın. Barışilk dəfə U-21-də əsas heyətdə meydana çıxdı. Ümid edirəm ki, növbəti tsikldə daha güclü yığmamızolacaq.

- Milli komandamız Millətlər Liqasındauğursuz starta görə çox tənqid olunur...

- Həmişə olduğu kimi, nəticə yoxdursa, tənqid var. Qələbə varsa, tərif olacaq. Bizdə futbolu düzgün təhlil etmirlər. Çoxlu kadr itkimiz vardı, oynayanlar yaxşı formada deyildi. Mübarizə apardılar, daha yaxşı oynaya bilərdilər. Ümid edirəm ki, növbəti matçlarda formada olacaqlar. Farer adalarıyla matç finala bərabərolacaq. Nəticə olsa,vəziyyət dəyişəcək. Çünki bundan sonrakı 2 matçı evdə keçirəcəyik.

- Millidə lider yoxdu. Əsasyığmaya qayıtmağınızmümkündü?

- Çətinliklərdən qorxmuram. Lazım olsam, yenidən millidə oynayacağam. Ancaq indi belə kritik ehtiyac yoxdu.Hələ ki ki burda lazımam, Ona görə Azərbaycan futbolunda busahədə fayda verməyə çalışır.(Sport24.az)

D
demokrat.az