Dünya

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

Daha bir ölkədə koronavirusun ikinci dalğası başladı

İsrail Səhiyyə naziri Yuli Edelşteyn ölkəsində Covid-19-un ikinci dalğasının başladığını açıqlayıb.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, o, bu səbəbdən yeni məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib:

“Məhdudiyyətlər kültəvi tədbirləri, mərasim zallarını və ibadət məkanlarını əhatə edəcək. Qərarlar iqtisadi və səhiyyə sahəsindəki vəziyyət göz önündə tutularaq alınıb. Təlimatlara riayət olunmasa, açıq məkanlar bağlanacaq”.

Qeyd edək ki, son 24 saatda İsraildə 218 nəfər koronavirusa yoluxub, 1 nəfər isə ölüb. Bu günə qədər isə İsraildə ümumilikdə 23 min 755 nəfər yoluxub. Onlardan 17 min 74 nəfər sağalıb, 318 nəfər isə ölüb. Hazırda 6363 nəfərin müalicəsi davam etdirilir.

Xatırladaq ki, bir neçə gün öncə Cənubi Koreya da koronavirusun ikinci dalğasının başladığını açıqlamışdı.

Demokrat.az

D
demokrat.az