Hadisə

52 yaşlı qadın özünü ağacdan asaraq intihar etdi

52 yaşlı qadın özünü ağacdan asaraq intihar etdi

Göygöldə 52 yaşlı qadın özünü fındıq ağacından asaraq öldürüb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Pənahlılar kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Zeynalova Simuzər Malik qızı özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.(apa.az)

D
demokrat.az