Hadisə

Deputatlar təcili olaraq parlamentə çağırıldı — Koronovirusa görə yoxlanılırlar (ÖZƏL)

Deputatlar təcili olaraq parlamentə çağırıldı — Koronovirusa görə yoxlanılırlar (ÖZƏL)

Bu gün Milli Məclisin deputatları təcili olaraq parlamentə çağırılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hazırda deputatlar Milli Məclisin binasında COVID-19 xəstəliyi ilə əlaqədar tibbi müayinədən keçirilir.

Tibbi testlər Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən Milli Məclisin binasında quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə aparılır.

Qeyd edək ki, Milli Məclisin deputatı Sahib Alıyev koronovirusa yoluxub.

Demokrat.az

D
demokrat.az