Kriminal

Restoranda kütləvi zəhərlənməyə görə bir nəfər həbs olundu - RƏSMİ AÇIQLAMA

Restoranda kütləvi zəhərlənməyə görə bir nəfər həbs olundu - RƏSMİ AÇIQLAMA

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub.

Bakı şəhər Prokurorluğundan Demokrat.Az-averilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

İlham İdris oğlu Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Demokrat.Az

D
demokrat.az