Hadisə

İmişlidə ferma yandı: 60 baş mal-qara tələf oldu

İmişlidə ferma yandı: 60 baş mal-qara tələf oldu

İmişli rayonunun Xəlfəli kəndində yanğın hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, fermer Ədalət Müzəffər oğlu Quliyevə məxsus fermada yanğın başlayıb.

Hadisə nəticəsində 60 baş iribuynuzlu mal-qara yanaraq məhv olub. Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, 250 baş heyvan xilas edilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

D
demokrat.az