Hadisə

Bakıda “Tofaş” işıq dirəyinə çırpıldı — Ölən var

Bakıda “Tofaş” işıq dirəyinə çırpıldı — Ölən var

Bakının Suraxanı rayonunda “Tofaş” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, hadisə nəticəsində 32 yaşlı Kazımov Natiq Səfər oğlu ölüb.

Onun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az