15 iyun tarixində Kür çayınln Tovuz rayonun Hunanlar kəndi istiqamətindən keçən hissəsində batan Tovuz rayon Abulbəyli kənd sakinləri 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlu və onum həmkəndlisi 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun cəsədi tapılaraq sudan çıxarılıb.
Demokrat.azbaku.ws-əistinadən xəbər verir ki, adıçəkilən şəxslərin cəsədi batdıqları ərazidən 15 km kənarda Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində aşkar edilib.
Xatırladaq ki, batan şəxslərin axtarışlarına Fövqaladə Hallar Nazirliyinin dalğıc xilasetmə qurupu və 1 helikopter cəlb edilmişdi.
Faktla bağlı araşdırmalar davam etdirilir.





