Hadisə

Sumqayıtda 500 nəfərdə koronavirus aşkarlandı

Sumqayıtda 500 nəfərdə koronavirus aşkarlandı

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın nəzdində fəaliyyət göstərən xüsusi laboratoriyada may ayının 8-dən bu günədək 9000 nəfər COVID-19 testindən keçib.

Xəstəxanadan bildirilib ki, götürülən testlərdən 500-ə qədəri pozitiv nəticə verib. Bunun əksəriyyəti şəhər sakinləridir. Sutka ərzində laboratoriyaya 250-300 müraciət daxil olur. Əsasən Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan vətəndaşların müraciəti icra olunur, digər ərazilərdən göndərilən nümunələrin qəbulu laboratoriyanın işi çox olduğu üçün dayandırılıb. (pravda.az)

D
demokrat.az