Hadisə

Naxçıvanın Bakıdakı nümayəndəsi AZAL-a müraciət etdi "Narazılıq yaranıb..."

Naxçıvanın Bakıdakı nümayəndəsi AZAL-a müraciət etdi Narazılıq yaranıb...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məktubla müraciət edib.

Demokrat.az-ın məlumatına görə, Bəxtiyar Əsgərov müraciətində qeyd edib ki, 2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaradıb:

"Nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olub. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almağınız xahiş olunur".

Demokrat.az

D
demokrat.az